İsrail Qəzza üzrə təklif olunan saziş layihəsini rədd etdibackend

İsrail Qəzza üzrə təklif olunan saziş layihəsini rədd etdi

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı təqdim olunan yeni saziş layihəsini qəbul etmədiklərini bildirib.

KONKRET.az xəbər verir ki, Netanyahu ABŞ prezidenti Donald Tramp və komandasının HƏMAS-ın tərksilah edilməsinə və Qəzzanın demilitarizasiyasına nail ola biləcəklərinə inandıqlarını qeyd edib. O, Vaşinqtonun onlara saziş layihəsi göndərdiyini, lakin İsrailin bununla razılaşmadığını vurğulayıb.

“Bu, bizim layihəmiz deyil. Biz öz iradlarımızı göndərmişik. Yeri gəlmişkən, biz qeydlərimizi bu məsələ ilə bağlı media kampaniyası başlamazdan əvvəl göndərmişik. Mövqeyimiz budur. Biz öz maraqlarımızı qətiyyətlə müdafiə edirik və hesab edirəm ki, bunu həm müdrikcəsinə, həm də qətiyyətlə edirik”, – deyə İsrailin baş naziri əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*