HƏMAS İsrailə hücum etdi – 200 ölü, 1200-ə yaxın yaralı – YENİLƏNİBbackend

HƏMAS İsrailə hücum etdi - 200 ölü, 1200-ə yaxın yaralı - YENİLƏNİB

İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, raket zərbələri nəticəsində 200 nəfər həlak olub, 1200-ə yaxın adam ağır yaralanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Hazırda İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb.

18:20

İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb.

KONRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd olunub ki, İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb.

16:55

Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740 insan yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*