İsrailin Qəzzada əməliyyatı belə gedir – Dəhşətli görüntülər YAYILDI – VİDEObackend

İsrailin Qəzzada əməliyyatı belə gedir - Dəhşətli görüntülər YAYILDI - VİDEO

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Cəbəliyədə Həmas yaraqlılarının videosunu dərc edib.

KONKRET.az xəbər verir ki, video yaraqlılar məhv edildikdən sonra İsrail əsgərlərinin əlinə keçib.

Görüntülərdə RPQ tank əleyhinə tüfəng və Kalaşnikov avtomatı ilə pəncərəyə doğru sürünən üç silahlını görmək olar. Onlar atəş açmaq niyyəti ilə sakitcə pəncərəyə tərəf gəlir. Son kadrda dronun evə endirilməsi əks olunur, nəticədə yaraqlılar məhv edilir.

Digər bir videoda tükürpədən kadrlar əks olunub. Belə ki, Cəbəliyyədən xeyli sayda kişi çılpaq şəkildə təslim olduqlarını bildirib. Onlar paltarları və ayaqqabıları ətrafa səpələnmiş halda görüntülənib. Həmin şəxsləri İsrail Müdafiə Qüvvələrinin əsgərləri qoruyur.

İDF sözçüsü kontr-admiral Daniel Hagari bildirib ki, HƏMAS silahlıları kütləvi şəkildə təslim olurlar.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*