İstanbul prokurorları kuryerin öldüyü yol qəzasından sonra Somali prezidentinin oğlu Məhəmməd Həsən Mahmudun həbsini istəyib.
KONKRET.az NTV-yə istinadla xəbər verir ki, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Mahmudun Türkiyədən çıxışına da qadağa qoyulub.
Hadisə noyabrın 30-da İstanbulun mərkəzində Kennedi şossesində baş verib: motosiklet sürən 38 yaşlı kuryer Yunus Geçer yol kənarında dayanmaq üçün tunelin çıxışında sürətini azaltmağa başlayıb. Məhəmməd Həsən Mahmudun avtomobil motosikletə çırpılıb və zərbədən sonra Geçer xəstəxanada keçinib.Yenisabah.az
