İsti-isti: Qardaş ölkədə məktəbli qız ögey atasından hamilə qaldıbackend

İsti-isti: Qardaş ölkədə məktəbli qız ögey atasından hamilə qaldı

Qazaxıstanda tükürpədən hadisə baş verib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Pavlodar vilayətinin Şerbakt rayonunda məktəbli qız ögey atasından hamilə qalıb.

Məlum olub ki, müəllimlər son günlər qızın səhhətindən şübhələniblər. Pedaqoji heyət qızın anasını məcbur ediblər ki, övladını müayinəyə göndərsin. Həkimlər məktəbli qızın 25 həftəlik hamilə olduğunu müəyyən ediblər. Məktəb direktoruna, onun müavininə və sinif rəhbərinə töhmət verilib. Lakin sonradan müəllim cəzadan azad edilib.

“Biz hesab edirik ki, cəza qərarı vaxtından əvvəl verilib. Çünki məsələ dərindən tədiq edilmədən əvvəlcədən heç nə demək olmaz”, – deyə ölkənin təhsil nazirinin müavini Edil Ospan bildirib.

Onun sözlərinə görə, töhmətlə bağlı qərarı təhsil şöbəsi verib. Nazir müavini vurğulayıb ki, belə faktlar heç bir halda gizlədilməməlidir.

“Əgər işçi tərəfindən qanun pozuntusu olubsa, onsuz da buna aydınlıq gətiriləcək və tədbir görüləcək”, – deyə Ospan qeyd edib və əlavə edib ki, müəllimlər belə halları ictimailəşdirməkdən çəkinməməlidirlər.

Xatırladaq ki, hamilə məktəbli hazırda evdə təhsil alır və onunla psixoloq işləyir. Həmçinin, prokurorluq adından məktəb rəhbərliyi və müəllimlər risk altında olan uşaqlarla işi gücləndiriblər.

Ögey ataya gəlincə, o, nəzarətə götürülüb, polis Cinayət Məcəlləsinin 120-ci maddəsinin dördüncü hissəsi ilə ibtidai istintaq aparır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*