İstintaqa ifadə verdiyi deyilən nazir müavini DANIŞDIbackend

İstintaqa ifadə verdiyi deyilən nazir müavini DANIŞDI

“Mən istintaqa çağırılmamışam. Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

O, bildirib ki, mediada onun DTX-də istintaqa çağırılması və fəaliyyətinin araşdırılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir: “Ümumiyyətlə, mənim fəaliyyət sahəm tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır. Bu, tamamilə yanlış məlumatdır və mətbuatın dəqiqləşdirmədən belə xəbərləri yazmasına təəssüf edirəm”.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*