Xəstələr gecə yatıb ayılmırlar – Rus həkimləri şoka salan MƏQAMLARbackend

Xəstələr gecə yatıb ayılmırlar – Rus həkimləri şoka salan MƏQAMLAR

“Burda xəstələr ciddi simptom, ağırlaşmalar olmadan ölürlər. Qromo pansionatında çalışan bir tibb işçimiz deyir ki, bir neçə xəstə sadəcə yatdı və səhər oyanmadı. Hansı ki, bu xəstələrdə heç bir pnevmoniya ağırlaşması, boğulma, ciddi simptomlar yaranmadı ki, həkimlər müdaxilə etsin”.

KONKRET.az xəbər verir ki, bu sözləri Keystone Press Agency-də İtaliyaya dəstək üçün təhkim olunmuş bir qrup rus tibb işçisi və kimyaçıları deyib.

Ruslar qeyri-adi ölüm faktları qarşısında təəccübləniblər.

“Dezinfeksiya etdiyimiz Qromo şəhərinin pansionatlarında 5 xəstə elə gözümüzün önündə belə öldü: sakitcə yatdılar və oyanmadılar.”

Ruslar qeyri-adi ölüm faktları qarşısında təəccübləniblər.

Rus epidemioloq və kimyaçıları İtalyan hərbi ekspertləri ilə birgə Lombardiya şəhərində 17 pansionatı dezinfeksiya ediblər. İtalyanlar özləri də etiraf edir ki, ruslara qədər bu yerlər belə təmiz, dəqiq dezinfeksiya olunmamışdı. Binalar zirzəmiyə qədər daxildən və xaricdən həyəti də xüsusi məhlulla yuyulur. İndi əsas məsələ virusun Lombardiniyə keçməsini əngəlləməkdir.

Qeyd edək ki, Avropa dövlətləri içərisində sanitar-epidemoloji vəziyyət və dezinfeksiyanın ən zəif olduğu ölkə də İtaliyadır.

oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*