Jerar Depardye saxlanıldı – ƏTRAFLIbackend

Jerar Depardye saxlanıldı - ƏTRAFLI

Dünya şöhrətli aktyor Jerar Depardye polis tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, na qarşı cinsi qısnama ittihamı irəli sürülüb.

Məsələnin təfərrüatları bəlli olmasa da, bildirilir ki, qadınlara qarşı son zamanlar ədəbsiz hərəkətləri ilə bağlı onun haqqında polisə dəfələrlə şikayət edilib.

Xatırladaq ki, Depardye onlarla qadın tərəfindən zorakılıqda ittiham olunub. Hələ fevralda məlum olub ki, kinorejissorun keçmiş köməkçisi ondan şikayət edib. O, 2014-cü ildə filmin çəkilişləri zamanı Depardye tərəfindən seksual təzyiqlərə məruz qaldığını bildirib. Depardyenin keçmiş köməkçisinin dediyinə görə, təcavüz dövründə onun 24 yaşı var idi. Aktyor dəfələrlə onunla cinsi əlaqədə olmağı təklif edib.

Daha 13 qadın sənətçinin 2004-2022-ci illər arasında etdiyi təcavüz və zorlama epizodları barədə məlumat verib. Hadisələr Depardyenin işlədiyi on bir filmin çəkilişlərində baş verib. Üç aktrisa şikayət vermədən məhkəmədə ifadə verib. Digər sənətçilər baş verənlər haqqında anonim və ya təxəllüslərdən istifadə edərək danışmağa üstünlük veriblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*