“Jirinovskini kopyalamaq gülünc və seçicilərimiz üçün vicdansızlıqdır” – Slutskibackend

"Jirinovskini kopyalamaq gülünc və seçicilərimiz üçün vicdansızlıqdır" - Slutski

Slutski Liberal Demokrat Partiyasının lideri kimi Jirinovskini təqlid etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə LDPR fraksiyasının yeni lideri Leonid Slutski bazar ertəsi, iyunun 6-da bildirib. O, partiyanın keçmiş rəhbəri Vladimir Jirinovskini kopyalamaq fikrində olmadığını bildirib.

“Jirinovskini təqlid etmək və kopyalamağa çalışmaq gülüncdür, bu, seçicilərimiz üçün əks nəticə və vicdansızlıqdır”, – deyə siyasətçi bildirib.

O, eyni zamanda əlavə edib ki, Jirinovski həmişəlik partiyanın yaradıcısı və onun ideoloqu olaraq qalacaq.

Mayın 27-də Dövlət Dumasının deputatı Leonid Slutski Liberal Demokrat Partiyasının yeni rəhbəri təyin edilib. Qurultay nümayəndələri gizli səsvermə yolu ilə Slutskini seçiblər.

Fraksiyanın keçmiş rəhbəri Vladimir Jirinovski aprelin 6-da 76 yaşında vəfat edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*