Bu gün inzibati həbsdən azad edilməli olan qazaxıstanlı jurnalist Duman Muxametkarim terrorun maliyyələşdirilməsi işində şübhəli bilinib. Belə ki, o, azı 48 saat həbsdə qalacaq.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistin vəkili Qalim Nurpeisov məlumat verib.
Onun sözlərinə görə, istintaq zamanı jurnalist barəsində həbs-qətimkan tədbiri seçməli olan istintaq məhkəməsi gözlənilir.
Qeyd edək ki, iyunun 22-də 25 sutka həbs olunan jurnalist azadlığa buraxılmalı idi.
Bununla əlaqədar olaraq Almatı vilayətinin İli rayonunun polis idarəsinin binası yaxınlığında fəallar, Muxametkarimin qohumları və dostları toplaşıb.
Yerli medianın yazdığına görə, polis mikroavtobusu ərazisindən çıxarkən izdihamla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma yaranıb. Fəallar avtomobilin yolunu kəsiblər və Muxametkarimin avtomobildə ola biləcəyinə inanıblar.
Vəkilin izahatlarından sonra məlum olub ki, jurnalist ən azı daha 2 gün həbs olunub.
Qeyd edək ki, Muxametkarim bu ilin əvvəlindən artıq 3 dəfə 25 sutka həbs olunub. Onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb dinc etirazlara çağırışla bağlı yazıları olub.
İqbal Rzayev,
KONKRET.az
