Kadırov: “Düyməni basa bilərik və salaməleyküm, biz cənnətə, onlar cəhənnəmə” – VİDEObackend

Kadırov: “Düyməni basa bilərik və salaməleyküm, biz cənnətə, onlar cəhənnəmə” - VİDEO

“Düyməni basa bilərik və salaməleyküm. Biz cənnətə, onlar cəhənnəmə gedəcəklər”.

KONKRET.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalda yazıb.

Kadırov canlı yayım zamanı Rusiya Prezidenti Vladimir Putinin Rusiyasız dünya haqqında sözlərini xatırladıb və bu gün Ukraynada yaranmış vəziyyəti şərh edib.

Vladimir Putinin məşhur sitatı (Rusiyasız dünya bizə nəyə lazımdır? – red.) telejurnalist Vladimir Solovyovun 2018-ci ilin martında ekranlara çıxan “Dünya nizamı 2018” filmində səslənib.

“Biz düyməni basa bilərik və salam aleykum. Prezidentimizin dediyi kimi: Rusiyasız dünya bizə niyə lazımdır? Mən bu şeytanların yaşamasını istəmirəm, amma biz orada deyilik … Biz cənnətə gedəcəyik, onlar cəhənnəmə gedəcəklər”, – deyə Kadırov yazıb.

Bundan əvvəl rusiyalı jurnalist Pavel Zarubin Ukraynanın ona qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib. Buna cavab olaraq o, Telegram kanalında prezident Volodimir Zelenskinin Vladimir Putinin 2019-cu ildə sülh çağırışına reaksiyasının videosunu yerləşdirib.

Həmin anda ölkə liderləri 2014-cü ildə dövlət başçıları tərəfindən imzalanmış Minsk razılaşmalarının icrasını müzakirə ediblər. Daha sonra bir sıra ölkələrin liderləri etiraf ediblər ki, sənəd Kiyevə Rusiya ilə qarşıdurmanın yeni raundu üçün vaxt udmağa imkan verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*