Çeçenistanın rəhbəri Ramzan Kadırov öz Telegram kanalında oğlu Adam Kadırovun Quranı yandırdığına görə həbs edilən Nikita Juraveli döydüyü videonu yayımlayıb.
KONKRET.az xəbər verir ki, Kadırov oğlunun bu hərəkətindən qürur duyduğunu bildirib.
“Döyüb, düzgün edib. Üstəlik, inanıram ki, hər hansı bir Müqəddəs yazıya qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəzaya məruz qalmalıdır” – videonun şərhindəki mesajda qeyd olunub.
Qeyd edək ki, mayın 27-də Volqoqrad sakini 19 yaşlı Nikita Juravel Quranın yandırılması ilə bağlı dindarların hisslərini təhqir etməkdə ittiham edilərək Qroznı istintaq təcridxanasına aparılıb.
