Ukrayna əsgərləri Axmat Kadırov adına xüsusi təyinatlı alayın komandir müavini, polkovnik-leytenant Mejed Uçmiqovu (“Mücahid” ləqəbi) yaralayıb.
KONKRET.az xəbər verir ki, Baza Telegram kanalının məlumatına görə, bu barədə bu gün, iyunun 6-da məlumat verilib.
İlkin məlumata görə, “Mücahid” iyunun 2-də Zaporojye vilayətinin Kamışevaxa kəndində Ukrayna Silahlı Qüvvələrinin uğurlu atəşi nəticəsində yaralanıb.
“Mücahid” çeçen xüsusi təyinatlı alayının döyüşçüləri ilə birlikdə yaralanan zaman Kamışevaxinin evlərindən birində pusquda olub.
Onların gizləndiyi yer Ukrayna artilleriyası ilə əhatə olunub. “Kadırovçu” tabeliyində olanlarla birlikdə evdən qaça bilsə də, ayağından yaralanıb və kontuziya alıb.
Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı alay Rusiya Daxili İşlər Nazirliyinə tabedir və Qroznıda yerləşdirilib.
Xuraman Etibarlı,
KONKRET.az
