“Kanadanın baş naziri Castin Trüdonun İcmalar Palatasında təltif edilmiş SS Qalisiya diviziyasının veteranı Yaroslav Hunkanın keçmişindən xəbəri olmadığı barədə dediyi sözlər yalandır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kanada hakimiyyəti şounu sevir. Baş nazir Trüdeau “səmimi” üzr istəyib. Deyir mənim günahım deyil, bilmirdim, bağışlayın. Bu, təbii ki, yalandır”, – deyə diplomat bildirib.
O, həmçinin bildirib ki, SS adamı ilə insidentlə bağlı İsrailin rəsmi cavabının olmaması onu təəccübləndirib. Zaxarova ümid etdiyini bildirib ki, bu cür hərəkətlər təəssüf doğuran anlaşılmazlıqdır. Trüdeau daha əvvəl parlamentdə SS veteranına hörmət etdiyi üçün üzr istəyib. Parlamentə müraciətində o, bu adamın iştirakını dəhşətli səhv adlandırıb. Siyasətçi onu da xatırladıb ki, görüşə dəvət olunanlar Hunkanı alqışlarla qarşılayanda kifayət qədər məlumatı olmayıb.
Vəli Həsənov
KONKRET.az