Karantin rejiminin uzadılması quru sərhədlərinin açılmasına mane ola bilərmi? – İLGİNC AÇIQLAMAbackend

Karantin rejiminin uzadılması quru sərhədlərinin açılmasına mane ola bilərmi? - İLGİNC AÇIQLAMA

Azərbaycanda insanların quru sərhədlərinin açılacağını gözlədiyi bir vaxtda Nazirlər Kabinetinin xüsusi karantin rejimini oktyabra qədər uzatması cəmiyyətin əhval-ruhiyyəsini əməlli-başlı pozub. Bir çoxları karantin rejiminin uzadılması fonunda sərhədlərin açılmayacağını bildiriblər. Bəs görəsən, xüsusi Karantin rejiminin uzadılması sərhədlərin açılmasına təsir edə bilərmi? Ümumiyyətlə, dünyada pandemiyanın sona çatdığı bir vaxtda hökumət niyə karantin məsələsinə son qoymur?

Mövzunu KONKRET.az-a şərh edən “REAL”ın icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, karantin rejiminin uzadılması formal olaraq sərhədlərin qapadılması anlamına gəlmir:

“Yəni bu, fərqli qərardır və bir-biri ilə bağlı məsələ deyil. Nazirlər Kabineti karantin rejimini uzatsa belə sərhədləri aça bilər. Amma keçmiş dövrlərdə alınan qərarları görəndə təəssüf ki, karantin rejiminin uzadılması fonunda sərhədlərin açılması ehtimalının çox az olduğunu görürük. Təəssüf ki, bu ehtimal getdikcə azalır. Sərhədlərin bağlı qalması isə çox ciddi fəsadlar törədir. Belə ki, insanların psixoloji durumuna və ölkənin imicinə mənfi təsir edir. Odur ki, hökumətin karantinin uzadılması və sərhədlərin açılmaması məsələsində bu qədər israrlı olması anlaşılan deyil”.

Natiq Cəfərlinin sözlərinə görə, dünyada pandemiyanın bitdiyi bir vaxtda Azərbaycanda karantinin hansı səbəblərdən uzadılması ilə bağlı suala cavab tapmaq mümkün deyil:

“Əgər bunu təhlükəsizliklə əlaqələndirib elan etmək istəmirlərsə, o zaman fikir yanlışdır. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir və açıq sərhəd rejimində belə öz təhlükəsizliyini təmin edə bilər. Ona görə də, sərhədlərin bağlı saxlanılmasını təhlükəsizlik konsepsiyasına bağlamaq yanlış qərardır və ölkənin imicinə mənfi təsir göstərir. Amma bu məsələdə hökumətin israr etməsinin səbəbi bəlli deyil və bunu təxmin etmək çox çətindir. Çünki sözügedən məsələ karantin və virusla əlaqəli deyil. Dünyada artıq pandemiya söhbəti bu ilin əvvəlindən tamamilə bağlanıb. Sonuncu karantin tətbiqi Çində qalmışdı. Artıq yanvarın 8-də rəsmi Pekin bütün karantin qaydalarını aradan qaldırdı. Azərbaycanın bu məsələdə israrını isə anlamaq olmur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Valeh
    İyun 26, 2023 - 10:21

    Hansi karantinden danişirlar bu qeder karantin olar butun ölkelerde göturlub bizde ama guya hele xestelik var teyarelerle gedib gelende xestelik olmur ha bu hamsi pul telesidi başka heçne kasib xalqa zulum vermekdi azal şelensin uçuşlari bahalaşdirsin uçsun başka heçne quru yolar açilsa xalq dolanar qirmayin allahin bendelerini allah belanizi muherbelerle felaketlerle verir

Valeh üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*