NATO-nun 5 zəif bəndi: Rusiya bu boşluqlardan istifadə edə bilərbackend

NATO-nun 5 zəif bəndi: Rusiya bu boşluqlardan istifadə edə bilər

ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki münaqişəyə cəlb olunması fonunda Avropada Alyansın Rusiyanın mümkün hücumuna hazır olub-olmaması ilə bağlı suallar yenidən gündəmə gəlib. “Politico” nəşri qeyd edir ki, Vaşinqtonun İranla qarşıdurması NATO-nun müdafiə qabiliyyətindəki bir neçə ciddi boşluğu üzə çıxarıb.

KONKRET.az xəbər verir ki, ilk növbədə raket və sursat çatışmazlığı əsas problemlərdən biri kimi göstərilir. ABŞ artıq “Patriot” ehtiyatlarının mühüm hissəsini sərf edib, Fransa isə “Aster” və “Mica” raketlərinin defisiti ilə bağlı xəbərdarlıq edir.

Digər tərəfdən, havada mütləq üstünlüyün zəmanət altına alınmaması, donanmanın hazırlıq səviyyəsinin aşağı olması və Alyans daxilindəki siyasi fikir ayrılıqları NATO-nun zəif nöqtələri hesab olunur. Ekspertlərin fikrincə, Ukraynanın dronlarla mübarizə təcrübəsi olmadan Avropanın təhlükəsizliyini təmin etmək artıq qeyri-mümkündür.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*