Karantini pozdu, polisə 3 min rüşvət təklif etdi…backend

Karantini pozdu, polisə 3 min rüşvət təklif etdi...

Rusiyada karantin rejimini pozan və yol polisinə rüşvət təklif edən sürücü haqqında cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Moskva Dairəvi Avtomobil Yolunun 45-ci kilometrliyində yol polisi sənədləri yoxlamaq məqsədilə 32 yaşlı kişinin idarə etdiyi avtomobili saxlayıb. Ona karantin rejimini pozduğu üçün protokol tərtib edilib. Bu zaman sürücü polis kapitanına protokol yazmaması üçün 3 min rubl rüşvət təklif edib.

Faktla bağlı “Xırda rüşvətxorluq” maddəsilə cinayət işi açılıb.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*