Keçmiş baş nazir vəfat etdi – FOTObackend

Keçmiş baş nazir vəfat etdi - FOTO

Türkiyə Prezidenti yanında Məşvərət Şurasının üzvü, ölkənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.

KONKRET.az xəbər verir ki, o, aprelin 14-də müalicə aldığı Ankara Universitetinin xəstəxanasında 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində doğulub. O, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri olub.

Y.Akbulut 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri işləyib. T.Özal ölkə prezidenti seçildikdən sonra Ana Vətən Partiyasının (ANAP) sədri seçilib və 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsini tutub.

O həmçinin 1999-2000-ci illərdə yenidən TBMM-in sədri vəzifəsində çalışıb.

undefined

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*