Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan 2020-ci ilin avqustunda Nikol Paşinyana müharibənin başlayacağı barədə xəbərdarlıq etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, keçmiş nazir bu barədə özünün “Facebook” səhifəsində yazıb.
“2020-ci il avqustun 14-də məndə tutarlı fakt var idi. Ona görə də, Nikol Paşinyana yazılı şəkildə məlumat verdim ki, sentyabrın sonuna qədər müharibə başlayacaq. Mən sizə diplomatiyanızı gücləndirməyi, xarici işlər nazirini Moskvaya, başqa ölkələrə göndərməyi təklif edirdim. Mən yalvarırdım ki, müharibənin başlamasına imkan vermək olmaz. Bildirirdim ki, müharibənin başlaması Ermənistan ordusu üçün yaxşı heç nə vəd etmir. Mən Paşinyana yazdığım məktubda sadəcə yalvarırdım. Mən hər şeyi əvvəlcədən görürdüm. Bilirdim ki, müharibə başlasa, Ermənistanın sonu olacaq. Elə də oldu. Sən əslində məğlub olacağımızı bilirdin və susurdun. İndi otur mənim sənə yazdıqlarımı yaxşı xatırla”, – Karapetyan vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az