Kəlbəcərdə ağır qəza, ölən varbackend

Kəlbəcərdə ağır qəza, ölən var

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə  xəstəxanaya aparılarkən yolda ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*