Kilsədə Stalinin ikonası narazılıq yaratdı – VİDEObackend

Kilsədə Stalinin ikonası narazılıq yaratdı - VİDEO

Ölkənin əsas kilsəsində İosif Stalinin təsviri olan ikonanın görünməsi gürcüləri qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, Tbilisidə Müqəddəs Üçlük Katedralində sovet siyasətçisinin və dövlət xadiminin ikonu peyda olub. Bu barədə tarixçi və siyasətçi Giorgi Kandelaki sosial şəbəkədə məlumat verib.

Tarixçi, özünün dediyi kimi, ruhanilərin təqibində iştirak edən, Gürcüstanın dağıdılmasının təşəbbüskarının ikonasının müqəddəs yerə yerləşdirilməsindən hiddətlənib.

O, bunu Rusiya informasiya maşınının daha bir uğuru adlandırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*