KİV: İsraildən olan nümayəndə heyəti Qahirədə danışıqlara dəvət alıbbackend

KİV: İsraildən olan nümayəndə heyəti Qahirədə danışıqlara dəvət alıb

İsrailin nümayəndə heyəti aprelin 29-da Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların davam etdiyi Qahirəyə səfər etmək üçün dəvət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Ərəbi Əl-Cədid” qəzeti öz mənbələrinə istinadən yazır.

“Dəvət olunan İsrail nümayəndə heyətinə HƏMAS-ın sorğularına cavab vermək səlahiyyəti veriləcək, lakin qərar qəbul etmək və ya rəsmi mövqe bildirmək səlahiyyəti olmayacaq”, – deyə İsraildən olan mənbələr açılqayıb. Dəvətin əsas məqsədi tərəflər arasında razılığın əldə edilməsi prosesini sürətləndirməkdir.

Bundan əvvəl Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı Fələstinin radikal HƏMAS hərəkatının nümayəndə heyətinin danışıqlarda iştirak etmək üçün Misirə səfər edəcəyi barədə yayılan məlumatı təsdiqləyib. Nümayəndə heyətinə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya rəhbərlik edəcək. Telekanalın məlumatına görə, hərəkat Qahirədə vasitəçilərin İsraillə razılaşma təklifinə bir gün əvvəl göndərdiyi cavabı təqdim edəcək.

Qeyd edək ki, sonuncü belə görüş aprelin 27-də Səudiyyə Ərəbistanında olub. Misir, İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri, həmçinin Qətər, BƏƏ və Fələstin nümayəndələri Qəzzada münaqişənin həlli ilə bağlı müntəzəm məsləhətləşmələr aparmaq üçün Ər-Riyadda görüşüblər. Telekanalın məlumatına görə, görüş iştirakçıları Fələstin anklavında atəşkəs məsələləri, mülki əhalinin müdafiəsi və humanitar yardımın həcminin artırılması yollarını müzakirə ediblər.

Səudiyyənin paytaxtında keçirilən görüşün başlamasına bir neçə saat qalmış məlum olub ki, Misir İsrail tərəfi ilə razılaşdırılmış, atəşkəs müqabilində Qəzzada radikallar tərəfindən saxlanılan 20-40 girovu azad etməyi nəzərdə tutan təklifi Həmas-a çatdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*