“Klarneti veriblər uşağın əlinə” – “Kədərli hekayə”nin yeni simvolubackend

“Klarneti veriblər uşağın əlinə” – “Kədərli hekayə”nin yeni simvolu

Ermənistanın müxtəlif dövlət strukturlarının ritorikası bütövlükdə Ermənistan rəhbərliyinin siyasətinin nəticəsidir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da vaxtaşırı bilərəkdən təxribata əl atır. Təbii ki, ona bu əmri rəhbərlik verir və ən azı xarici işlər naziri Ararat Mirzoyanın göstərişlərini yerinə yetirir. Azərbaycana qarşı qarayaxma kampaniyası Ermənistanın dövlət siyasətidir və bunu ermənilər bütün sahələrdə həyata keçirirlər. Diaspordan tutmuş, Ermənistandakı digər strukturları əhatə edən bu kampaniyaya beynəlxalq təşkilatlar və bəzi xarici dövlətlər də qoşulur. Ermənistan Xarici İşlər Nazirliyi isə bu işlərə birbaşa nəzarət edir və anti-Azərbaycan kampaniyasını qızışdırır.

KONKRET.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” platformasında UNICEF-in Ermənistanda dərc etdirdiyi “Dağlıq Qarabağdan məcburi köçkün”lərlə  bağlı paylaşım edib. Amma XİN rəsmisi on illərdir Azərbaycanın Qarabağ iqtisadi rayonunda qeyri-qanuni yaşayan ermənilərin Azərbaycan vətəndaşlığından imtina etməsini yazmayıb. Ermənistan hakimiyyətinin xeyir-duası ilə bir neçə gün ərzində Qarabağı könüllü tərk edən ermənilər indi haray-həşir salaraq Qarabağdan qovulduqlarını bildirirlər.

Ermənistanda da vəziyyət dəyişib və hökumət Qarabağ ermənilərini yerləşdirməkdə çətinlik çəkir. Ermənistan mətbuatı xəbər verir ki, 10 mindən çox Qarabağ ermənisi Ermənistandan başqa ölkəyə köçüb. Ermənistanda Qarabağdan gedən ermənilərə ikinci dərəcəli vətəndaş kimi yanaşırlar. Elə buna görə də yerli əhali ilə Qarabağ erməniləri arasında narazılıq yaranıb. 35 il ərzində regiona bəla gətirən toplum indi nəyi necə edəcəyini unudub. 30 il ərzində özlərindən “qalib xalq” imici formalaşdırmağa çalışan ermənilərin çıxılmaz vəziyyətə düşməsi onların məzlum təfəkkürə malik olmasının nəticəsidir. Ermənistan XİN-in mətbuat katibi “X” platformasındakı paylaşımı da bu xəstə təfəkkürə söykənir və düşmən ölkənin xarici siyasət idarəsində çalışan hər kəsin zehniyyətinin məhsulunu sosial platformasında nümayiş etdirir. Ani Badalyanın qeydləri: “Hazırda Ermənistanda olan 11 yaşlı Qor əlində klarnet tutaraq məktəbi, dostları, musiqi məktəbi və müəllimləri üçün çox darıxdığını deyir”.

Klarneti də uşağın əlinə ona görə veriblər ki, guya bu musiqi aləti ermənilərin milli musiqi alətidir və Qarabağla bağlı yeganə əşyadır. 11 yaşlı uşağın əlinə klarnetin hansı məqsədlə verildiyi bəllidir. Məqsəd 11 yaşlı ermənini sülh göyərçini kimi dünyaya təqdim etmək və imdad diləməkdir. Guya dünyanın “sülh carçıları” indi əllərində klarnetləri küçələrdə itirilən “Artsax”larına ağlayırlar. 30 il ərzində bir dəfə də Azərbaycandakı qaçqın uşaqlara baş çəkməyən UNICEF-in erməni uşağının “kədərli” həyatından video rolik hazırlaması əslində dünyanın erməni sevgisindən xəbər verir. Üstəlik bir ölkənin xarici siyasət idarəsinin dünyaya təqdim etdiyi bu kiçik epizodla bütün ermənilik nümayiş olunur. Deməli, zərərli erməni ideologiyası hələ də sağdır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*