Köçəryan nəticələri tanımır: “Səngəri tərk etməyəcəyik”backend

Köçəryan nəticələri tanımır: “Səngəri tərk etməyəcəyik”

Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı etirazlar davam edir.

KONKRET.az xəbər verir ki, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku seçkilərin nəticələrinə etiraz edəcəyini açıqlayıb.

Köçəryan bildirib ki, hazırda müxalif düşərgədəki tərəfdaşları ilə növbəti addımları müzakirə edirlər. Onun sözlərinə görə, bir məsələ dəqiqdir: “Biz geri çəkilməyəcəyik və mübarizə səngərini tərk etməyəcəyik”.

“Ermənistan” blokunun lideri qeyd edib ki, müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə gələcək addımlarla bağlı yanaşmalar təqdim olunacaq.

Köçəryan həmçinin seçkilərin hakimiyyətin təzyiqləri, müxalifət nümayəndələrinin həbsləri və inzibati resurslardan geniş istifadə şəraitində keçirildiyini iddia edib.\\Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*