Koronavirus iki bacını qovuşdurdu – FOTObackend

Koronavirus iki bacını qovuşdurdu - FOTO

ABŞ-da ayrı düşmüş iki bacı 50 il sonra koronavirusa görə bir-birlərini tapıblar.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, bacılardan biri 73 yaşlı Doris Krippen xəstəxanada 1 ay koronavirusdan müalicə olunub. O, Bundan sonra Fremontdakı bərpa mərkəzinə müraciət edib. Məlum olub ki, Doris Krippen 53 yaşlı bacısı Bev Boro bərpa mərkəzində işləyir.

“Mən buna inana bilmədim. Mən düşündüm – İlahi, hesab edirəm bu mənim bacımdır”, – Boro deyib.

Bacıların atası eyni şəxs olsa da, anaları ayrıdır. Kipper ailədə tərbiyə olunub, amma 6 aylıq Boronu övladlığa veriblər.

Agentlik qeyd edib ki, qadınların başqa qardaş-bacıları da var, indi onlar yenidən birləşə bilərlər.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*