Dünyanın ən çox döyməyə sahib olan həkimi onu qınayan insanları daha nəzakətli olmağa səsləyib.
KONKRET.az xəbər verir ki, bədənindəki döymələrə görə digər tibb işçilərindən fərqlənən həkim Sarah Gray koronavirusla necə mübarizə apardığını sosial media hesabında izləyiciləri ilə paylaşıb. O, gün ərzində işlədikdən sonra gecə də, xəstəxanada qalaraq xəstələrə virusla mübarizə aparmağa yardım edir.
Həkim ”İnstagram” hesabında paylaşım edərək ”Virusla ”Ön cəbhə”də mübarizə aparan bütün həkimlərə öz minnətdarlığımı bildirirəm. Biz işə gələrək sizə yardım etdiyimiz kimi, sizlər də evdə qalıb bizə yardım edin. Unutmayın ki, bir gülümsəmə min yaranı sağalda bilmə gücünə sahibdir. Xahiş edirəm bu çətin anlarda nəzakətli olmağı unutmayın. Ən qaranlıq zamanların belə daimi bir işığı vardır” sözlərini qeyd edib.
Bu paylaşımdan sonra həkim bədənindəki döymələrə görə tənqid olunub. İlk döyməsini 16 yaşında elətdirən həkim bu günə kimi 300 saatını döyməyə həsr edib. Bəziləri bunun həkimlik peşəsinə uyğun olmadığını desə də, o xəstələrin onu anlayışla qarşıladıqlarını bildirib.


