Kosmosdan Misir piramidalarını birləşdirən qədim su yolu tapıldıbackend

Kosmosdan Misir piramidalarını birləşdirən qədim su yolu tapıldı

Alimlər Nil çayının qədim yatağının kəşfi ilə Misir piramidalarının quruluşunun sirrini həll edə biləcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə “IFLScience” məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Nil çayının qolu əvvəllər Gizadan axırdı. Lakin həmin delta tamamilə quruyub. Dr.Eman Gonaym Nil çayının qədim qolunu nəhayət kəşf edə bilib. O, Nil vadilərini kosmosdan öyrənmək üçün radar peyk məlumatlarından istifadə edib. Qurğunun məlumatları yer səthinin altında görünməz informasiya dünyasını üzə çıxarıb.

Qeyd edək ki, radar dalğaları yerin altına nüfuz edə bilib. Eləcə də səhra və əkin sahələrinə uzanan quru çay yataqlarını müəyyən edib. Mövcud olmayan su yolu onlarla piramidadan keçir. Alimlər tezliklə qədim çay yatağından torpaq özəklərini də analiz edəcəklər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*