Kreml NÜVƏ ZƏRBƏSİNİ niyə Belarusdan endirsin ki? – İKİ SƏBƏBbackend

Kreml NÜVƏ ZƏRBƏSİNİ niyə Belarusdan endirsin ki? - İKİ SƏBƏB

Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi xəbərləri son günlər beynalxalq gündəmin əsas hissəsini təşkil edir.

KONKRET.az xəbər verir ki, hətta nüvə hücumunun Belarus ərazisindən reallaşdırılacağı deyilir. Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, bu zərbənin Belarus ərazisindən endirilməsinin iki səbəbi var:

“Bu iddiaların birinci səbəbi ondan ibarətdir ki, Rusiya özünün nüvə doktrinasını dəyişmiş oldu. İlk dəfə 2010-cu ildə qəbul elədi ki, təhlükələr arasında Varşava müqaviləsi ölkələrinin NATO-ya daxil olması, qonşu ölkələrdə NATO infrastrukturunun qurulması Rusiyaya təhlükə yaradarsa, nüvə zərbələri nəzərdən keçirilə bilər. 2020-ci ildə isə nüvə silahından çəkindirici məqsədlə doktrinaya bir bənd daxil elədi. Rusiya ərazisinə ballistik raket buraxılışları, kütləvi qırğın silahından istifadə və ya onun müttəfiqləri, strateji, hökumət obyektlərinə hücum olunarsa, nüvə silahından istifadə edə bilər.

Dünyada hesab edirlər ki, Rusiya-Ukrayna savaşında ən zəif halqa Belarusdur. Minskin beynəlxalq aləmdəki nüfuzu çox bərbaddır. Rusiyanın qismən məğlub olacağı təqdirdə Belarasun səhv dəyişdirilməsi çox rahat prosesdir. Bu mənada Belarusu hərbi cinayətlərlə yükləmək üçün onun ərazisinin seçilməsi ən uyğun məsələdir”.

İkincisi isə, Belarus Rusiyanın müttəfiqidir. Bu isə Minskin də mühüribəyə qatılmasını əsaslandıra biləcək arqumentdir:

“Təbii ki, ən pis ehtimalda Rusiyanın Belarus ərazisindəki strateji və yaxud dövlət obyektlərinə hücum edərək bunu Ukraynanın üzərinə qoyması çox rahatdır”.

Əziz Əlibəyli bildirib ki, digər bir məqam ondan ibarətdir ki, Kiyev vilayəti Belarusa daha yaxındır. Məqsəd Yaponiyaya atılan atom bombası effektini əldə etməkdir. Çünki bu yolla nəticələr daha tez əldə oluna bilər.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*