Kreml Ukrayna ilə danışıqlara başlamaq məsələsinə REAKSİYA VERDİbackend

Kreml Ukrayna ilə danışıqlara başlamaq məsələsinə REAKSİYA VERDİ

“Rusiya Volodimir Zelenskini Ukraynanın qeyri-legitim prezidenti hesab edir, lakin buna baxmayaraq onunla danışıqlara hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Prezident Putinin dəfələrlə səsləndirdiyi fikirlər göstərir ki, Zelenskinin legitimlik baxımından problemləri var. Lakin buna baxmayaraq, Rusiya tərəfi danışıqlara açıqdır”, – Peskov vurğulayıb.

Xatırladaq ki, Volodimir Zelenski 20 may 2019-cu ildə Ukrayna prezidenti vəzifəsinin icrasına başlayıb. Ukrayna konstitusiyasına görə, növbəti prezident seçkiləri 2024-cü il martın 31-də keçirilməli, yeni dövlət başçısı isə mayın 20-də and içməli idi. Lakin Ukraynada prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*