Kremldə qeyri-rəsmi şam yeməyinin menyusu – FOTObackend

Kremldə qeyri-rəsmi şam yeməyinin menyusu - FOTO

Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan dövlət başçılarının Avrasiya İqtisadi Forumunun plenar iclasından sonra Kremldə qeyri-rəsmi şam yeməyinin menyusu dərc olunub.

KONKRET.az xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Belə ki, menyuya yeddi yemək daxildir: avokado salatı ilə qızılbalıq, tomatlı sousda quzu əti ilə badımcan rulonu, pendirli krem ​​şorbası, şərbət, parsnip püresi və buzlu balıq, bibər sousu ilə dana biftek və desert üçün “iki şokolad” piroqu.

Qeyd edək ki, Qazaxıstan Prezidenti KasımJomart Tokayev, Belarus lideri Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov mayın 25-də keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün bir gün əvvəl Moskvaya gəliblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*