Kremlin erməniəsilli məsləhətçisinin adı sanksiya siyahısından çıxarıldı backend

Kremlin erməniəsilli məsləhətçisinin adı sanksiya siyahısından çıxarıldı 

Avropa İttifaqı “Yandex”in keçmiş rəhbəri Arkadi Voloju sanksiya siyahısından çıxarıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Volojunnun adı Rusiyaya qarşı sanksiyalar siyahısına 2022-ci ilin yayında əlavə edilib.

“Yandex”in keçmiş rəhbəri Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə qərarın ləğvinə nail olmaq istəyib. Amma 2022-ci ilin dekabrında “Yandex”in baş direktoru vəzifəsindən istefa verdikdən və altı ay sonra Ukraynada hərbi əməliyyatların əleyhinə olduğunu bəyan etdikdən sonra Volojun sanksiya siyahısından çıxarılması qərara alınıb.

Volojdan başqa Aİ-nin sanksiya siyahısından “Sistema” Səhmdar Maliyyə Korporasiyasının sabiq vitse-prezidenti, iş adamı Sergey Mndoyants “Gecə canavarları” motoklubunun Avropa şöbəsinin prezidenti Yozef Qambalek çıxarılıblar. Bu sıraya dünyasını dəyişmiş rusiyalılar, o cümlədən “Vaqner” şəxsi hərbi şirkətin komandiri Dmitri Utkin də daxil edilib.

Aİ-nin məlumatına görə, Sergey Mndoyants xarici və müdafiə siyasəti məsələləri üzrə Kremlə məsləhətlər verən Rusiya analitik mərkəzinin idarə heyətinin üzvü, “Franko-Rusiya Dialoqu” Assosiasiyasının vitse-prezidentidir. O, Krımın ilhaqına və Ukraynada sabitliyin pozulmasına görə məsuliyyət daşıyan Rusiya Federasiyası hökumətinə əhəmiyyətli gəlir mənbəyi verən iqtisadiyyat sektorlarında fəaliyyət göstərən aparıcı iş adamıdır.

Onun sanksiyalar siyahısından çıxarılmasının səbəbləri açıqlanmayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*