“KTMT Ermənistan üçün köləlik deməkdir” – Arşakyan Paşinyanı TƏNQİD ETDİbackend

“KTMT Ermənistan üçün köləlik deməkdir” – Arşakyan Paşinyanı TƏNQİD ETDİ

“Biz KTMT-Azərbaycan münasibətini qızışdırmaq istəmirik. Bizi siyasi mövqe, bəyanat maraqlandırır. KTMT mövcud vəziyyətlə bağlı hansı siyasi mövqedən çıxış edir? Bu, bizim üçün son dərəcə vacibdir. Düşünürəm ki, Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti məhz bu məsələ ətrafında formalaşacaq”.

KONKRET.az xəbər verir ki, erməni analitik Tevos Arşakyan öz məqaləsinə Paşinyanın KTMT ilə bağlı səsləndirdiyi fikirlərlə başlayır:

“Paşinyan yenidən KTMT-nin mövqeyinə toxunub. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İrəvanın “mövqeyini” dəstəkləyir, lakin KTMT ilə heç nə aydın deyil. “Ümid edirik ki, KTMT bizim mövqeyimizi müdafiə edəcək. Ümid edirəm ki, biz noyabrın 23-də KTMT-nin İrəvan sammiti zamanı irəliləyiş qeydə alacağıq”, – Paşinyan bildirib.

“Sadəlövh baş nazirimiz hesab edir ki, bizim qondarma “müttəfiqlərimiz” Ermənistana qarşı vicdanlı olmalıdırlar. Amma təəssüf ki, belə deyil. Vaxtilə KTMT-yə Nikolay Bordyuja rəhbərlik edəndə ən azı Ermənistanın maraqlarının müdafiəsi üçün çıxışları olurdu. Bəli bu, daha çox mənəvi dəstək idi. Amma indi heç mənəvi dəstək də yoxdur. Təbii ki, mənəvi dəstəyin göstərilməməsinə müəyyən dərəcədə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi, KTMT-nin baş katibi Yuri Xaçaturovun açıq şəkildə geri çağırılması və Putinin dostu Robert Koçaryanın həbsi təsir edib. Ermənistanda hazırkı qüvvələr hakimiyyətə Moskvanın sayəsində deyil, onun əksinə gəliblər. Amma Koçaryan və ya Sarkisyanın dövründə Ermənistanın KTMT-nin hərbi yardımına ümid etmək hüququ var idimi? 2016-cı ilin aprelində və ondan sonra Sərkisyan hakimiyyətdə olanda bunu gördükmü? Əlbəttə yox. İndi biz birdəfəlik bilməliyik ki, Ermənistan KTMT-də əlavə elementdir” – Tevos Arşakyan vurğulayıb.

“KTMT Azərbaycanı dəstəkləməkdə yekdildir. Bakının orada bütün müttəfiqləri var. Bizdə isə faktiki olaraq bir nəfər də yoxdur. Ermənistan üçün KTMT Moskvanın bizi təşkilatda mümkün qədər uzun müddət saxlamaq istədiyi köləlik deməkdir. Odur ki, Paşinyan KTMT-nin reaksiyası barədə deyil, Ermənistanı NATO və Avropa Birliyinə necə üzv etmək haqda düşünməlidir. Yalnız bu halda ölkəmizin öz təhlükəsizliyini təmin etmək şansı var. Paşinyan hökumət saatında bu haqda danışmalıdır. Və sadəcə danışmaq yox, bu istiqamətdə hərəkət etmək lazımdır. Çünki onun çox vaxtı yoxdur” – deyə erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*