Kuba Xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio Qəzza zolağındakı vəziyyəti soyqırım adlandırıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Karlos Fernandes ABŞ-ni “21-ci əsrin ən böyük cinayətində ortaqlığa” görə suçlayıb: “Xəbər agentliklərinin məlumatına görə, son 24 saat ərzində 700 fələstinli öldürülüb. Əgər bu, soyqırım deyilsə, o zaman termin dəyişdirilməlidir. ABŞ hökuməti 21-ci əsrin ən böyük cinayətində iştirakına görə cavab verməlidir”.
Bunu Karlos Fernandes de Kossio X sosial şəbəkəsindəki hesabında yazıb. Nazir müavini qeyd edib ki, Kuba Fələstini fəal şəkildə dəstəkləyir və kubalılar fələstinlilərlə həmrəydir.
Vəli Həsənov,
KONKRET.az
