“Kurti regional Zelenski olmaq arzusundadır” – VUÇİÇbackend

"Kurti regional Zelenski olmaq arzusundadır" - VUÇİÇ

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun baş nazirini Zelenskiyə bənzəməyə çalışmaqda ittiham edib.

O, bildirib ki, Kosovonun baş naziri Albin Kurti regional Zelenski olmaq arzusundadır.

KONKRET.az xəbər verir ki, Aleksandr Vuçiç bu sözləri “TV Pink” telekanalına açıqlamasında deyib.

Onun fikrincə, belə bir istək tezliklə Kosovoda vəziyyətin kəskinləşməsinə səbəb olacaq, çünki serblər daha buna dözmək fikrində deyillər:

“Mən böyük toqquşmalardan qorxuram, çünki Kurti Volodimir Zelenski olmaq arzusundadır və serblər daha buna dözə bilmirlər”.

O qeyd edib ki, Kosovo hökumətinin başçısı özünü son dərəcə məsuliyyətsiz aparır və təxribat xarakterli bəyanatlar verir.

Xatırladaq ki, bundan əvvəl Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Kurtini Zelenski ilə müqayisə edərək bildirib ki, o, Ukrayna prezidenti kimi “qurban” görünmək istəyir.

Ayan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*