Rusiyanın “AvtoVAZ” şirkəti idxal olunan komponentlərin yüksək payına görə “Lada Xray” krossoverinin istehsalını dayandırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Xatırladaq ki, keçən il iyul ayında Rusiyanın “AvtoVAZ” şirkəti elektron komponentlərin tədarük olunmaması səbəbindən “Lada Xray”, “Lada Largus”, “Renault Logan” və “Renault Sanderо” avtomobil modellərinin yığıldığı ilk xətdə istehsalı birgünlük dayandırıb.
İqbal Rzayev,
KONKRET.az