Latviya 800 rusiyalını ölkədən qovur – Ruslara bildirişlər göndərildibackend

Latviya 800 rusiyalını ölkədən qovur – Ruslara bildirişlər göndərildi

Latviya hakimiyyəti 800-ə yaxın rusiyalını deportasiya etməyi planlaşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, artıq ölkədə qalmaq hüququ olmayanların siyahıları Dövlət Sərhəd Xidmətinə təhvil verilib.

Məlum olub ki, hazırda 800 nəfər Latviyada qalmaq hüququ əldə etməyib. Onlar nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət ediblər.

Həmin şəxslərin Latviyada olub-olmaması dəqiqləşəndən sonra onlara 30 gün müddətinə ölkədən çıxmaq barədə bildirişlər veriləcək. Bundan başqa, latış dili imtahanından keçməyən rusiyalılar iki il müddətinə müvəqqəti yaşamaq üçün müraciət edə bilərlər. Amma bundan sonra onlar yenidən imtahan verməlidir, əks halda deportasiya olunacaqlar.

Qeyd edək ki, Latviyanın Konstitusiya Məhkəməsi daimi yaşayış icazəsi olan rusiyalılar üçün latış dilindən imtahan vermək tələbini qanuni hesab edib.

Latviya 2022-ci ilin payızında Rusiya vətəndaşları üçün giriş məhdudiyyəti tətbiq edib və vizaların verilməsini məhdudlaşdırıb. Yanvar ayında Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə İdarəsi 1167 Rusiya vətəndaşının deportasiya edildiyini, onlardan 789-nun 60 yaşdan yuxarı olduğunu açıqlamışdı.

Martın 8-nə olan məlumata görə, 6 rusiyalı ölkəni tərk etmək zərurəti barədə bildiriş alıb, onlardan ikisi ölkəni tərk edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*