Lerik rayonunun Peştətük kəndinin Sabir adlı sakini intihar edib. Konkret.az-ın əldə etdiyi xəbərə görə, intihara səbəb Lənkəran Şəhər Məhkəməsinin onu külli miqdarda cərimələməsi olub. Qeyd edək ki, Sabir Lənkəran Yol-Tikinti İstismarı idarəsində qarovulçu işləyib. Bir müddət əvvəl qarovulda olarkən soyuq hava ilə əlaqədar ocaq qalayıb və tezliklə ocaq ağır texnikalardan sayılan qreyderə düşüb. Qreyder tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Qarovulçu da ağır yanıq dərəcə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mərhumun oğlu Yol idarəsinin rəhbərliyindən kompensasiya tələb edib. Nəticədə iş məhkəməyə qədər gedib çıxıb. Hakim qarovulçunu idarəyə vurduğu ziyana görə 180 min manat dəyərində cərimələyib. Hadisə Lənkəran Şəhər Prokurorluğu tərəfindən araşdırılır.
Konkret.az
