Litvalı jurnalist: “Dedilər ki, Tehran Mənsimova bənzəyirəm”backend

Litvalı jurnalist: "Dedilər ki, Tehran Mənsimova bənzəyirəm"

Litvalı Riçardas Lapaitis, birinci qarabağ döyüşləri zamanı Şuşada olan tək-tük xarici jurnalistlərdən biri olub.

Şuşa azad olunandan sonrakı səfəri isə onu xeyli heyrətləndirib.

“Fotoda komandir, əziz şəhər Şuşanın, azad olunması əməliyyatlarına rəhbərlik etmiş, bütün Azərbaycanın sevimlisi polkovnik Tehran Mənsimovdur.”

KONKRET.az xəbər verir ki, bu sözləri Litvalı jurnalist Riçardas Lapaitis feysbuk səhifəsində qeyd edib.

Jurnalistin sözlərinə görə Şuşada olanda, hərbçilər tez-tez ona baxırmışlar.

“Fikirləşirdim ki, bunun səbəbi nədir? Sonra bir nəfər yaxınlaşıb izah etdi ki, mən onların sevimli polkovniki Tehran Mənsimova bənzəyirəm”.

Riçardas Lapaitis hərbçilərimizə təşəkkür edib:

“Doğma şəhər Şuşanı azad edən və bununla da düşmən qüvvələrini tam kapitulyasiya imzalamağa məcbur edən bütün əsgərlərin qarşısında baş əyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*