Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunurbackend

Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur

Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur.  Konkret.az Reuters agentliyinə istinadla xəbər verir ki, bu məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi verib.

Məlumatda bildirilir ki, gəmidə olan daha 150 nəfəri xilas etmək mümkün olub. Bundan əvvəl də BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının “Twitter” səhifəsində qanunsuz miqrantları daşıyan gəminin Liviyanın Homs şəhərinin sahillərində qəzaya uğradığı bildirilib. Əlavə edilib ki, bu qəza nəticəsində 100-dən çox insan həlak olub, 140 miqrant isə xilas edilərək sahilə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*