“Lukaşenko iki səbəbə görə Ukraynaya qarşı müharibəyə cəsarət etməyəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya müxalifətinin lideri Gennadi Qudkov danışıb. O proqnozlaşdırır ki, Lukaşenko iki səbəbə görə Ukraynaya qarşı müharibəyə girməyəcək.
Onun sözlərinə görə, Belarus lideri bu yaxınlarda demarş etmiş Qazaxıstan Prezidenti Tokayevdən nümunə götürərək Putinlə uzunmüddətli münasibət qurmayacaq.
Qudkovun aydınlıq gətirdiyi ikinci məqam Lukaşenko rejiminin yalnız təhlükəsizlik qüvvələrinin üzərində dayanması ilə bağlıdır.
“Onlar müharibədə “qurban” olsalar, Lukaşenko hakimiyyəti məhv olacaq”, – Qudkov izah edib.
Xuraman Etibarlı,
KONKRET.az
