Lukaşenko Putinin qəbuluna niyə gedir?backend

Lukaşenko Putinin qəbuluna niyə gedir?

Rusiya prezidenti Vladimir Putin aprelin 11-12-də Moskvaya işgüzar səfər edəcək Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

KONKRET.az xəbər verir ki, Belarusun teleqram kanallarının məlumatına görə, prezidentlər gələcək ikitərəfli əməkdaşlığın əsas məsələlərini, o cümlədən yanvarın 29-da Sankt-Peterburqda keçirilmiş İttifaq Dövləti Ali Dövlət Şurasının sessiyasının qərarlarının icrası prosesini müzakirə etmək niyyətindədirlər.

Bundan əlavə, Lukaşenko administrasiyasına yaxın kanalın məlumatına görə, Rusiya və Belarus liderləri aprelin 12-də Kosmonavtika Günü münasibətilə birgə tədbirlər keçirməyi planlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*