İsveç radiosu bildirib ki, Macarıstan bu il İsveçin NATO üzvlüyünü ratifikasiya etmək niyyətində deyil.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Macarıstan parlamenti gələn həftə son iclasını keçirəcək. Bununla belə, İsveçin NATO-ya üzvlüyü gələn həftə keçiriləcək iclasın gündəliyində deyil.
İsveç radiosu qeyd edib ki, ölkə parlamenti daha sonra növbədənkənar sessiya çağıra bilər, lakin bu, hazırda mümkün deyil.
Qeyd edək ki, Macarıstan və Türkiyə NATO-ya üzv olan yeganə ölkədir ki, İsveçin üzvlüyünü hələ ratifikasiya etməyib.
Natiq Səlim,
KONKRET.az
