Macarıstan və Slovakiya Gürcüstanı dəstəklədibackend

Macarıstan və Slovakiya Gürcüstanı dəstəklədi

“Macarıstan və Slovakiya Aİ-nin bütün 27 dövləti adından Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı bəyanatı bloklayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İmedi telekanalı yayıb. Kanalın şərhinə görə, artıq Avropa Komissiyasında belə qanaətə gəlinib ki, bəyanat fərqli formatda verilsin.

Qeyd edək ki, dünən Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinin müzakirəsi hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları ilə qanuna qarşı çıxan müxalifət partiyaları arasında etirazlar və davalar fonunda baş tutub.

Avropa Parlamenti bununla bağlı sərt qətnamə qəbul edib. Bunlara şəxsi sanksiyalar, Gürcüstan və Aİ üçün vizasız rejimə yenidən baxılması, maliyyə yardımının dayandırılması və ölkənin birliyə qoşulması ilə bağlı danışıqlara başlamaqdan imtina daxildir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*