Mahir Emreli ən pis futbolçular siyahısına SALINDIbackend

Mahir Emreli ən pis futbolçular siyahısına SALINDI

Polşa Ekstraklasasında XI turunun ən pis oyunçularından ibarət “11-liy”i tərtib olunub.

KONKRET.az xəbər verir ki, heyəti “Weszlo” nəşri hazırlayıb.

“11-lik”də “Legiya”da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli də yer alıb.

Nəşr Emrelinin Ekstraklasada yaxşı çıxış etmədiyini də bildirib:

“20 oyunda 10 qol və 1 məhsuldar ötürmə ideal göstərici hesab olunsa da, çempionatdakı 8 matçda sadəcə 2 qol orta nəticədir. Təbii ki, Emreli liqa oyunlarında sonadək meydanda olmur. Amma ortadakı fərq yenə də hiss olunur. Ümumi olaraq, hər 109 dəqiqədə 1 qol, Ekstraklasada isə hər 190 dəqiqədə 1 qol vura bilir”.

Nəzərinizə çatdıraq ki, 24 yaşlı hücumçu cari turda “Lex” (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşə start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*