Argentinada qatarlar toqquşdu – 60 nəfər yaralandıbackend

Argentinada qatarlar toqquşdu - 60 nəfər yaralandı

Argentina paytaxtı Buenos-Ayresdə sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 60 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərin meri Xorxe Makri məlumat verib.

“40 dəqiqə ərzində 60 sərnişinə yardım göstərilib, 30 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilib, 2 nəfər vertolyotla xəstəxanalara çatdırılıb. Toqquşma nəticəsində ölən olmayıb”, – o, jurnalistlərə açıqlamasında bildirib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*