“Gələcək oyunlar üçün dərs çıxarmalıyıq” – “Kəpəz”in baş məşqçisibackend

“Gələcək oyunlar üçün dərs çıxarmalıyıq” - “Kəpəz”in baş məşqçisi

“Məncə, çox danışılası bir şey yoxdur”.

KONKRET.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasında XXXIV turun “Neftçi” – “Kəpəz” qarşılaşmasından sonra qonaqların baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis böyükhesablı məğlubiyyət barədə danışıb:

“Məncə, çox danışılası bir şey yoxdur. Məğlub olduq. Bundan gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sürətimiz çatmadı. Oyunun ilk hissəsində sürətli hücumlarla irəli çıxa bildik. Qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü. Buna görə də bu cür nəticə qeydə alındı”.

Qeyd edək ki, turun açılış matçında “ağ-qaralar” Gəncə klubuna 5:1 hesabı ilə qalib gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*