İsrail nümayəndəsi BMT Nizamnaməsini cırdı – VİDEObackend

İsrail nümayəndəsi BMT Nizamnaməsini cırdı - VİDEO

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyada çıxışı zamanı təşkilatın Nizamnaməsini cırıb.

KONKRET.az xəbər verir ki, buna Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünün yenidən müzakirə edilməsi səbəb olub.

“Siz dağıdıcı səsinizlə BMT Nizamnaməsinə belə yanaşırsınız. Siz BMT Nizamnaməsini öz əllərinizlə parça-parça edirsiniz”, – deyə o, zalda əyləşənlərə səslənib.

Qətnamə layihəsi BMT-yə üzv ölkələrdən geniş dəstək alıb və Baş Assambleya tərəfindən qəbul edilib. Sənədi 143 ölkə, o cümlədən Rusiya dəstəkləyib. İsraildən başqa Argentina, Macarıstan, Mikroneziya, Nauru, Palau, Papua Yeni Qvineya, ABŞ və Çexiya qətnamənin əleyhinə səs verib. Avstriya, Albaniya, Bolqarıstan, Kanada, Latviya, Litva, Hollandiya, Rumıniya, Şimali Makedoniya və İsveç də daxil olmaqla 25 ölkə səsvermədə bitərəf qalıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*