Almaniyada radikallar “Tesla”ya hücum etdi backend

Almaniyada radikallar "Tesla"ya hücum etdi

Solçu radikallar Berlin yaxınlığındakı Tesla zavoduna basqın ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazır.

Bildirilir ki, zavodda 11500 nəfər işçi çalışır. Müəssisə ildə təxminən 250 min avtomobil istehsal edir. Bu rəqəmin 1 milyona çatdırılması planlaşdırılır.

Solçu radikallar zavodun genişləndirilməsinin dayandırılmasını tələb edirlər. Əvvəllərdə onlar müəssisənin fəaliyyətini dayandırmağa cəhd ediblər. Onlar “Kapitalizmi məhv et, gələcəyi yarat!” şüarı ilə qırmızı bayraq altında müəssisəyə basqın ediblər. Polis nümayişçilərin qarşısını almağa çalışıb.

Qeyd edək ki, Berlin yaxınlığındakı Grünheide kəndində fəaliyyət göstərən müəssisə Teslanın Avropadakı yeganə zavodudur.

Burhan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*