Şimali Makedoniya hakimiyyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ölkəyə daxil olmasına icazə verməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Agence France Presse” Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri Bucar Osmaniyə istinadən məlumat yayıb.
O qeyd edib ki, Lavrov Skopyedə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün bu ölkəyə düşüb.
“Şimali Makedoniya Avropa İttifaqının bir hissəsi olmasa da, Rusiyaya qarşı sanksiyalara qoşulub. Bu səbəbdən ölkənin hava məkanı Rusiya təyyarələri üçün bağlıdır”, – deyə Bucar Osmani əlavə edib.
Onun sözlərinə görə, yaxın günlərdə bu barədə konkret qərar veriləcək.
Osmani onu da qeyd edib ki, ATƏT-in qaydalarına əsasən, iclasda təşkilatın 57 üzvünün hamısının nümayəndələri iştirak etməlidir.
Xatırladaq ki, ötən il Polşa da Lavrovun Varşavada ATƏT nazirlərinin görüşündə iştirakına icazə verməmişdi. Bu hadisə Rusiyada kəskin reaksiyaya səbəb olmuşdu.
Burhan,
KONKRET.az
