Makron: “İstefa verməyəcəyəm, 2027-ci ilə qədər gözləyin”backend

Makron: "İstefa verməyəcəyəm, 2027-ci ilə qədər gözləyin"

Makron istefa vermək niyyətində olmadığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron pensiya islahatını rədd edən insanların tələblərinə baxmayaraq, istefa vermək niyyətində olmadığını bildirib.

Son həftələr Fransada genişmiqyaslı etiraz aksiyaları keçirilir. Pensiya yaşının 62-dən 64-ə qaldırılması təşəbbüsü milyonlarla insanın qəzəbinə səbəb olub. Qanun artıq prezident tərəfindən ratifikasiya olunub və Konstitusiya Şurası onun ölkə Konstitusiyasına zidd olmadığını bəyan edib.

Bu gün Makron ölkənin cənubunda bir qadının istefasını tələb etdiyi Perol şəhərinə səfər edib.

“Mən istefa verməyəcəyəm. Biz 2027-ci ilə qədər gözləməliyik”, – deyə Fransa rəhbəri bildirib.

Qeyd edək ki, 2027-ci ildə Fransada növbəti prezident seçkiləri planlaşdırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*